Azərbaycandan İrana Taxıl Yüklü Vaqonlar Göndərildi
Fevralın 1-də Azərbaycan ərazisindən tranzit keçməklə İrana növbəti yük göndərilib. Bu dəfə ümumi çəkisi 1746 ton olan 25 ədəd taxıl yüklü vaqon Biləcəri dəmir yolu stansiyasından yola salınıb.
Qeyd edək ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 285 taxıl vaqonu göndərilib.