Ebola virusu təhlükəsi Azərbaycanda mövcud deyil və hazırda ölkədə bu xəstəliyin yayılma riski aşağı qiymətləndirilir. Səhiyyə Nazirliyinin Təhlukəli Infeksiyalar Mərkəzi bu məsələ ilə bağlı məlumat yayıb. Xəstəlik əsasən Afrika qitəsinin müəyyən bölgələrində qeydə alınır və yerli xarakter daşıyır.
Beynəlxalq məlumatlara əsasən, epidemiyanın digər regionlara geniş miqyasda yayılma ehtimalı hazırda məhduddur. Ebola virusu heyvanların, eləcə də yoluxmuş şəxslərin qanı və digər bioloji mayeləri ilə təmas zamanı yoluxur. Hazırkı təhlilə görə, Azərbaycan əhalisi üçün real yoluxma təhlükəsi yoxdur.