Azərbaycanda Milli Qurtuluş Günüdür - RTV

Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. 33 il əvvəl, 1993-cü il iyunun 15-də Heydər Əliyev Milli Məclisin sədri seçilib. Həmin gün Ulu Öndər çıxışında Azərbaycan dövlətinin gələcək inkişaf strategiyasını elan edib. Beləliklə, Azərbaycan dövlətçiliyinin mövcudluğunu, onun müstəqil dövlət kimi təmin edib. 1993-cü il iyunun 15-də Milli Məclisdə Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə sədr seçilməsi Milli Qurtuluş Günü kimi qeyd olunur. Bu hadisə, Azərbaycanın dövlət müstəqilliyinin qarantına çevrildi. İki illik müstəqillik tarixi olmasına baxmayaraq, ölkə hələ də müharibə və separatizm təhlükəsi ilə üz-üzə idi. Bu dövrdə ölkədə daxili qardaş qırğını və vətəndaş müharibəsi gedirdi. Azərbaycanda separatizm və parçalanma meyllərinin güclənməsi, ölkənin bir dövlət kimi varlığına son qoymaq planını tam qüvvəyə salmışdı. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Naxçıvandan Bakıya gəlişi, Milli Məclisdə yeni parlamentin formalaşmasına və Heydər Əliyevin parlamentin sədri seçilməsinə yol açdı. Bu, Azərbaycanın dövlətçiliyinin mövcudluğunu, onun müstəqil dövlət kimi təmin etdi. Ümummilli liderin özünəməxsus siyasi iradəsi, qətiyyəti və xarizması siyasi böhranı sona qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başladı. 1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimi Azərbaycan Respublikasının Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış etdilər və parlament bu təklifi bəyəndi. Həmin vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd olunur.