Samara vilayəti Azərbaycanlıların Liqasının İctimai Təşkilatının sədri Şirvan Kərimov Rusiya vətəndaşlığından məhrum edilib. Bu barədə "Kommersant" məlumat yayıb.
Qərarın səbəbi hələlik açıqlanmır. Bildirilir ki, Şirvan Kərimov hazırda Samara vilayəti İctimai Palatasının fəaliyyətdə olan üzvü və Pravoberejni rayonu sakinləri kollegiyasının vəkilidir.
Son vaxtlar Rusiya hüquq mühafizə orqanları Azərbaycan diasporunun nümayəndələrinə xüsusi diqqət ayırır. Onların etnik mənşəli mütəşəkkil cinayətkar qruplarla nə əlaqələri yoxlanılır.