Gürcüstanda azərbaycanlı qadın 7 yaşlı oğlunu öldürüb. Hadisə Bolnisi rayonunun Dəmirli kəndində qeydə alınıb.
Məlumata görə, Azərbaycan vətəndaşı olan 42 yaşlı Səltənət Əhmədova 7 yaşlı oğlu Fərrux Əhmədovu ürəyinə qənciklə zərbə vuraraq qətlə yetirib. Nəticədə uşaq qan itirmədən hadisə yerində ölüb. Bildirilir ki, cinayətdən sonra ana bıçaqla özünə doqquz xəsarət yetirərək intihara cəhd edib. Qadın saxlanılıb və barəsində Gürcüstan cinayət məcəlləsinin 109-cu maddəsi ilə cinayət işi açılıb.
Yayılan məlumatlara görə, saxlanılan qadının psixi problemləri olub.