Sabunçu rayonunda 1980-ci il təvəllüdlü Emil Əliyevin qətlə yetirilməsi hadisəsi ilə bağlı cinayət işi açılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə, Emil Əliyevin ölümünə onun arteriyalarının zədələnməsi nəticəsində kəskin qan itirməsi səbəb olub. Qanında 0.74 faiz etil spirti aşkarlanıb.
İstintaq müəyyən edib ki, hadisə 2023-cü il oktyabrın 20-də saat 20 radələrində baş verib. 2009-cu il təvəllüdlü Yusif Quliyev anası Təxminə Abbasovanın atası Emil Əliyev tərəfindən döyüldüyünü görüb və onu bıçaqla qətlə yetirib. Yusif Quliyev ifadəsində bildirib ki, atası ilə heç vaxt tanış olmayıb, lakin onun anası ilə ailə həyatı qurduğunu və 8 övladının olduğunu bilib. 2021-ci ilə qədər anası ilə babasının evində yaşayıb.
Yusif Quliyev izahatında qeyd edib ki, hadisə günü o, əsəbi vəziyyətdə olub. O, anası ilə Emil arasında mübahisə zamanı Emilə bıçaqla zərbələr endirib. Anası Emilə tibbi yardım göstərməyə çalışsa da, Emilin nəfəsi kəsilib. Daha sonra anası 102-yə zəng edərək yalan məlumat verib. Məhkəmə Yusif Quliyevi qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilib və onu 9 il müddətinə azadlıqdan məhrum edib.