Bakıda güclü külək ölümə səbəb oldu - RTV

Küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində yıxılma səbəbi ilə beş çağırış qeydə alınıb. Mərkəzdən bildirilib ki, çağırış ünvanlarına təcili tibbi yardım briqadaları cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 47 yaşlı şəxs Sabunçu Tibb Mərkəzinə, 73 yaşlı şəxs Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 43 yaşlı və 53 yaşlı şəxslər isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 53 yaşlı şəxsin həkimə qədər ölüm faktı qeydə alınıb.