Bakıda HOTELDƏ dəhşətli hadisə - Döyəndən sonra... - RTV

Bakıda dəhşətli hadisə baş verib. Nəsimi rayonu ərazisində yerləşən otellərin birində quldurluq hadisəsi qeydə alınıb.

Məlumata görə, naməlum şəxs zərərçəkənə fiziki zor tətbiq edərək ondan 4700 manat dəyərində mobil telefonu ələ keçirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Mürsəlov adlı şəxs müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma davam edir.