Baş nazir qərar imzaladı - RTV

Nazirlər Kabineti 14 oktyabr 2013-cü il tarixli qərarı ilə təsdiqlənmiş fiziki şəxslər tərəfindən istehsalı yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarında dəyişiklik edib. Bununla bağlı baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən bundan sonra vergi məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyənləşmiş aksiz vergisindən azad olmalar nəzərə alınmaqla hər təqvim ili ərzində bir dəfə bir ədəd mobil cihazı güzəştli qaydada gömrük sərhədindən keçirmək mümkün olacaq.