Nazirlər Kabineti hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə razılıq verilməsi qaydasını təsdiq edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, qayda Aviasiya haqqında Qanuna, Beynəlxalq Mülki Aviasiya haqqında 7 dekabr 1944-cü il tarixli Konvensiyaya və Konvensiyaya 14 nömrəli əlavəyə, Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, həmçinin Dok 9137, altıncı hissə "Maniələrə nəzarət" sənədinə uyğun olaraq hazırlanıb.