Belə icra başçısı olar? Bu nə geyimdir? - Görüntülər müzakirə yaratdı - RTV

Balakən rayonunun icra başçısı Nadir Ağayevin seldən zərər görmüş əraziləri işçi geyimində gəzməsi sosial şəbəkələrdə tənqid edilib. İstifadəçilər icra başçısının belə geyimdə olması ilə bağlı narazılıqlarını bildiriblər.

Sel nəticəsində Balakən şəhərinin və ətraf kəndlərin içməli su ilə təmin edən mənbələr zərər görüb. Su boruları da zədələnib. Hazırda təmir işləri aparılır.

İcra başçısı rayon hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə zərər görmüş ərazilərə baxış keçirib, təmir işləri ilə tanış olub və fəsadların aradan qaldırılması üçün tapşırıqlar verib.