Binədə dəhşət: 24 yaşlı gənc özü-özünü öldürüb? - RTV

Bakıda bıçaq xəsarəti alaraq 24 yaşlı gənc oğlan ölüb. Hadisə Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb.

Ölən şəxsin qəsəbə sakini, 24 yaşlı Gəncəfər Əzəz oğlu Muxtarov olduğu bildirilir. RTV-nin əldə etdiyi məlumata görə, o, öz həyatına qəsd edib. Belə ki, bıçaqla öz-özünə xəsarətlər yetirən Gəncəfər Muxtarov qanaxma nəticəsində ölüb.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda araşdırma aparılır.