Binəqədidə avtobusla yük maşını toqquşdu - RTV

Bakının Binəqədi rayonunda 15 sutka kimi tanınan ərazidə yol nəqliyyat hadisəsi baş verib. Sərnişin avtobusu ilə yük maşını toqquşub.

Hadisə nəticəsində avtobusun şüşələri sıınıb. Bakı Nəqliyyat İdarəsinin (Baku Bus MMC) Mətbuat xidmətinin rəhbəri Əsmər Əliyeva məsələ ilə bağlı bildirib ki, 27 may, saat 11:20 radələrində Bakı Bus MMC-nin istismarında olan 147 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

İlkin məlumata əsasən, hadisə digər nəqliyyat vasitəsinin manevr qaydalarını pozması nəticəsində baş verib. Toqquşma nəticəsində avtobusun sol yan şüşəsi sıınıb. Hadisə zamanı avtobusun sərnişinləri arasında xəsarət alan olmayıb. Sərnişinlərin səfərinin davam etdirilməsi məqsədilə onlar operativ şəkildə digər 147 nömrəli avtobusa yönləndirilib. Baş vermiş hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.