Səhiyyə Nazirliyinin analitik ekspertiza mərkəzi, NNS klinikasına məxsus klinikada yoxlamalar aparib.
Yoxlama zamani, klinika rəhbərliyinin heç bir tibbi lisenziyasi olmadan fəaliyyət göstərdiyi aşkar edilib. Bununla yanaşı, qeydiyyatsız dərman vasitələrindən istifadə edildiyi də məlum olub. Bu qanun pozuntularına görə, klinikanın fəaliyyəti dayandırılıb.
Qanun pozuntusu ilə bağlı olaraq, qeyd olunan maddələr üzrə inzibati xəta haqqında protokol tərtib edilib və növbəti icraat üçün aidiyyəti üzrə göndərilib.