Hindistanın aşağı büdcəli Indigo Avia şirkəti İran ətrafında cərəyan edən hadisələr fonunda fevralın 28-ədək Bakı, Tbilisi, Almatı və Daşkəndə, həmçinin bu istiqamətlərdən bütün uçuşları ləğv edib. Qərar bu gündən qüvvəyə minib.
Avia şirkət uçuşların ləğv edilməsinə səbəb kimi müştərilərin və heyətin təhlükəsizliyinin təmin edilməsi zərurətini göstərib. Müştərilərə alternativ səyahət variantlarından faydalanmaq və ya ödənişi tam geri almaq imkanı təklif olunub. Vəziyyət dəyişdikcə qərara yenidən baxıla biləcəyi vurğulanıb.