Bu şəxslər 2500 manatadək cərimə ediləcək - RTV

Azərbaycanda emal edilməmiş almazların idxalı və ixracı ilə bağlı yeni cərimə tətbiq ediləcək. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihədə qeyd edilir ki, emal edilməmiş almazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın beş rəyi olmadan idxalı və ixracına görə fiziki şəxslər 550 manatdan 750 manata dək məbləğdə, vəzifəli şəxslər 1000 manatdan 2000 manata dək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manata dək məbləğdə cərimə edilir. Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.