Çavuşoğlunun qardaşı güllələnib - RTV

Türkiyənin keçmiş xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğlunun qardaşı güllələnib.

Türkiyə mediasının verdiyi xəbərə görə, iş adamı Aydın Çavuşoğlu öz ofisində güllələnmiş vəziyyətdə tapılıb. Hadisədən sonra xəstəxanaya çatdırılan Aydın Çavuşoğlu hazırda reanimasiya şöbəsindədir.

Faktla bağlı araşdırma aparılır.