Cəlilabad rayonunda dəhşətli qətl hadisəsi baş verib. Hadisə şəhərin Məhəmməd Hadi küçəsində qeydə alınıb. Məlumata görə, 2011-ci il təvəllüdlü Anar Əzizov dayısının həyat yoldaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Hadisəni törətməkdə şübhəli bilinən Anar Əzizov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Məlumat üçün bildirək ki, Anar Əzizovun ailəsi Rusiyada yaşayır və o, bir müddətdir ki, dayısının evində qalırdı. Qanlı hadisə baş verən vaxt onun dayısı evdə olmayıb. İlkin məlumata görə, Anar Əzizov əlindəki kəsici alətlə dayısının həyat yoldaşına hücum edib. Hadisə zamanı evdə mərhumun iki azyaşlı övladı olub və məhz onlar qaçaraq qonşulara qətl barədə məlumat veriblər.