Gəncədə dəhşətli qətl hadisəsi baş verib. Hadisə şəhərin Rövnəq Ələkbərov küçəsində qeydə alınıb. Belə ki, sözügedən küçədə yaşayan 25 yaşlı Royal Məmmədov ağır bıçaq xəsarətləri ilə Gəncə şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan xəstəxananın cərrahiyyə şöbəsinə hospitalizasiya olunub. Lakin həkimlərin tibbi müdaxilələrinə baxmayaraq, gəncin həyatını xilas etmək mümkün olmayıb. Qətlə yetirilən 25 yaşlı gəncin qohumları bildiriblər ki, hadisə onların evlərinin yaxınlığında baş verib. Mərhum taksi fəaliyyəti ilə məşğul olurmuş. Onun sakit bir insan olduğu deyilir. Həmçinin heç kəsdən ədavəti olmayıb. Xatırladaq ki, qətlə yetirilən 25 yaşlı Royal Məmmədov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Mərhum subay olub. Məlumata görə, Royal Məmmədovun anası bir müddət əvvəl dünyasını dəyişib. Mərhum dayısı gildə yaşayırmış. Axşam uzanırdıq ki, yataq. Nəvəm gəldi, qışqırdı ki, Şirini bıçaqlayıblar. Çıxdıq eşiyə, gördük ki, yerdə uzanıb qanın içində. Götürdük gətirdik bura, üşüdüm yuxarı xəstəxanaya. Gətirdik bir saat həkimlər sağ olsun, əməliyyat elədilər. Bir iki saatdan sonra da yer saat ikiyə qalmışdı, rəhmətə getdi. Adı Royal idi, amma siz Şirin deyirdiniz. Çox hamı Şirin deyirdi. Elə həm də onun kirvəsi idim mən. Şirin idi deyim, Şirin deyirdik. Çox gözəl, gözəl uşaq idi. Hara kimi desən. Bəli, sakit də uşaq idi. Bilmirik, hələ heç nə bilmirik. İndi polislər araşdırıb ki, o biri küçədə olan var, o vurubdur. 25 yaşlı kişinin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Publik Hüquqi Şəxsin Gəncə şöbəsinə təhvil verilib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb. İbtidai istintaq davam etdirilir.