Deputatın oğlu baş həkim təyin olundu - RTV

Azərbaycanın Uroloji Xəstəxanasına yeni baş həkim təyin olunub. Bu vəzifəyə millət vəkili Əli Əhmədovun oğlu Fikrət Əhmədov gətirilib.

Bu barədə RTV informasiya agentliyi məlumat yayıb. Yeni baş həkim bu gündən etibarən vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Fikrət Əhmədov bir neçə ay əvvəl Nizami Tibb Mərkəzinin baş həkimi təyin olunmuşdu. O, yeni təyinatla əlaqədar Nizami Tibb Mərkəzindən ayrılıb.