“Donor olmaq istəyən deputatlar var” - RTV

Ötən il Qafqazda və Azərbaycanda ilk dəfə uğurla həyata keçirilən ürək transplantasiyası əməliyyatından sonra ölkədə donor olmaq istəyənlərin sayı artıb. Bunların arasında Milli Məclisin deputatları da var. Bu sözləri Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Qafqazda ilk ürək transplantasiyası, Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivləri mövzusunda tədbirdə bildirib. Həm Kamran Musayevin rəhbərlik etdiyi komanda, həm də meyitdən orqan götürən komanda öz işində çox peşəkardır. Bizim hər birimiz gərək insanların donor olmasının təbliğatçısına çevrilək, deyə Əmiraslanov bildirib. Komitə sədri əlavə edib ki, Azərbaycanda ürək transplantasiyasına ehtiyacı olan insan sayı çoxdur. Əsas məsələ isə donorun tapılmasıdır.