Ədalət Hacıyev vəzifəsindən azad olundu - RTV

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, əməkdar mədəniyyət xadimi Ədalət Hacıyev vəzifəsindən azad olunub. Bu barədə ƏTV-yə istinadən xəbər verilir. Mədəniyyət Naziri Adil Kərimli bununla bağlı əmr imzalayıb.

Nazirin digər əmri ilə əməkdar artist Oleq Əmirbəyov teatrın direktoru vəzifəsinə təyin edilib. Qeyd edək ki, Oleq Əmirbəyov bu təyinata qədər Mədəniyyət Nazirinin müşaviri idi.

Xatırladaq ki, Ədalət Hacıyev xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşıdır və onların bir oğulları var.