Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə şöbəsinin üzvü, Prezident Aparatının Təhlükəsizlik Xidmətinin sabiq birinci müavini, təqaüddə olan polkovnik Əziz Məmmədov vəfat edib.
Əziz Məmmədov 1992-1993-cü illərdə Əbülfəz Elçibəyin şəxsi mühafizə xidmətinin rəisi olub.
Qeyd edək ki, Əziz Məmmədov indiki Ermənistan Respublikasının İrəvan qəzasının Qaraqışlaq kəndindən idi.