Eldar Əzizov əmr imzaladı - RTV

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Yaşıllaşdırma Təsərrüfatı Birliyində kadr dəyişikliyi baş verib.

RTV-yə istinadən xəbər verilir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əmr imzalayıb. Əmrə əsasən, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Su quyularının istismarı və təmiri xidməti müəssisəsinin rəisi Yaşar Hüseynoğlu Salahov vəzifəsindən azad edilib.

Digər bir əmrlə, adı çəkilən müəssisənin rəisi vəzifəsinə Cavanşir Samiroğlu Əhmədov təyinat alıb.