Parlament prospektində yerləşən üç otaqlı fərdi yaşayış evində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri hadisə yerinə gəliblər və yanğının digər tikililərə keçmədən qarşısı alınıb, yanğın tamamilə söndürülüb. Yanğın hadisəsi baş verən zaman evdə heç kəs olmayıb.
Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xətt xidmətinə Parlament prospekti 68 ünvanında bir-birinə bitişik fərdi yaşayış evlərində yanğın baş verməsi haqqında məlumat daxil olmuşdur. Daxil olmuş məlumata əsasən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, xüsusi riskli xilasetmə xidməti hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində kəşfiyyat zamanı bir mərtəbəli fərdi yaşayış evi üç otaqdan ibarət ümumi sahəsi 90 kvadrat metr sahədə yanğın hadisəsi baş verməsi aşkar olunmuşdur. Yanğın hal-hazırda tam söndürülmüşdür. Yanğın hadisəsi yerində xəsarət alan yoxdur. Hadisə yerinə bitişik olan digər fərdi yaşayış evləri yanğından mühafizə olunmuşdur.
Uşaqlar dedilər ki, fövqəladə heç bir xəsarət yoxdur. Yox elə belə yanırdı. Tüstü gördük balaca tüstü çıxdı. Mən dedim samovar qaynayır. Gördüm fövqəladə hallar tökülüb bura.
Yanğının hansı səbəbdən baş verməsi barədə araşdırma aparılır.