Əli Əhmədovun oğluna vəzifə verildi - RTV

Nizami Tibb Mərkəzinə yeni baş həkim təyin edilib. Müvafiq əmrə əsasən baş həkim vəzifəsinə Fikrət Əhmədov təyinat alıb. O, bu gün kollektivə təqdim edilib.

Fikrət Əhmədov 2014-cü ildən etibarən Azərbaycan Tibb Universitetinin tədris cərrahiyyə klinikasında urologiya şöbəsinin müdiri vəzifəsində çalışır. Qeyd edək ki, Əhmədov Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədovun oğludur.