Əli Əsədov qərar imzaladı - RTV

Nazirlər Kabinetinin sədri Əli Əsədov bir sıra kənd təsərrüfatı məhsulları və əkinlərin əlavə dəyər vergisindən azad olunmasını nəzərdə tutan yeni qərarlar imzalayıb.

Bu qərarların əsas məqsədi toxumçuluq, quşçuluq, heyvandarlıq, həmçinin müxtəlif növ bitkilərin, o cümlədən taxıl, quru paxlalı bitkilərin, kartof, bostan bitkiləri və bağ bitkilərinin toxumlarının hazırlanması, sortlanması və kalibrlənməsi sahələrində istifadə olunan avadanlıqların və laboratoriya cihazlarının idxalına görə ƏDV-dən azad etməkdir.

Qərarlar eyni zamanda kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalına da aiddir.