Ağır qəza: Ölən və yaralılar var - RTV

Bakı-Quba-Rusiya dövlət sərhədi istiqamətində ödənişli avtomobil yolunda ölümə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə magistralın Şabran rayonu ərazisində qeydə alınıb.

İlkin məlumata görə, Hyundai markalı minik avtomobilini idarə etməkdən çıxaran sürücü, yoldan çıxaraq qəzaya uğrayıb. Hadisə nəticəsində Şəmkir rayon sakini Səma Əliyeva ölüb. Avtomobilin sürücüsü və daha bir sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.