Azərbaycan Respublikası Atçılıq Federasiyasında yeni təyinat olub.
Federasiyanın prezidenti Elçin Quliyevin müvafiq əmri ilə Elvin Məmmədxanov təşkilatın baş katibi vəzifəsinə təyin edilib.
Elvin Məmmədxanov bu təyinata qədər baş katibin birinci müavini vəzifəsində çalışıb.
Daha əvvəl isə o, baş katib vəzifəsini müvəqqəti icra edib.