ABŞ-ın İrana qarşı davam edən əməliyyatı ilkin böyük hücumlarda üç Amerika əsgərinin vəfatından sonra daha çox ölüm və yaralanmaya səbəb ola bilər. Bu barədə Amerika lideri sosial şəbəkə hesabında yayımlanan videoda xəbərdarlıq edib.
Donald Tramp bildirib:
"Ölkəmiz naminə son dərəcə fədakarlıq göstərən əsl Amerika vətənpərvərlərinin itkisinə yas tuturuq. Yaralıların tam sağalması üçün dua edirik və həlak olanların ailələrinə dərin sevgimizi və əbədi minnətdarlığımızı bildiririk."