Mövsümi virus infeksiyalarının artması fonunda bir çox insan evə tibb bacısı çağıraraq iynə və sistem vurdurur. Lakin Təbib-in İcraçı direktoru Vüqar Qurbanov bildirib ki, tibb bacılarının evdə inyeksiya və vena daxili sistem vurması qadağandır. Bu isə xüsusən tibb məntəqəsi olmayan ərazilərdə yaşayan insanlar üçün sual yaradır.
Vüqar Qurbanov onu da bildirib ki, bəzi tibb bacıları evdə iynə vurduqları halda 5000 manat cərimə oluna bilər. Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli isə bildirib ki, Azərbaycanda evdə iynə vurulmasına görə konkret məbləğlə müəyyən edilmiş inzibati cərimə mexanizmi qanunvericilikdə mövcud deyil.