"Gəldik, gördük arvadı öldürüb" - Goranboydakı dəhşətli hadisənin təfərrüatları - RTV

Mən də öz-özümə deyirəm kişi əl gələ, deyirəm əlin yıxılmasına. Adam da ananı döyərmi? O gəldi ki, nə döymək? Qorbaq ölübdür. Goranboyda dəhşətli qətl hadisəsi baş verib. Hadisə bu gün səhər saatlarında rayonun Faxralı kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1987-ci il təvəllüdlü Emin Vəliyev ailə münaqişəsi zamanı anası 1963-cü il təvəllüdlü Zoya Əhmədovanı və həyat yoldaşı 1995-ci il təvəllüdlü Jalə Yolçuzadəni bıçaqlayıb. Nəticədə 63 yaşlı Zoya Əhmədova hadisə yerində ölüb. 31 yaşlı Jalə Yolçuzadə isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Əməkdaşlarımız hadisənin baş verdiyi evdə olublar. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin yaxınlarının sözlərinə görə Emin Vəliyevin psixoloji problemləri olub. Qətlə yetirilən Zoya Əhmədovanın qohumlarının bildirdiyinə görə hadisə ailə münaqişəsi zəminində baş verib. Belə ki, Emin Vəliyev həyat yoldaşını bıçaqlamaq istəyərkən anası Zoya Əhmədova oğlunun qarşısında durub və elə hadisə bundan sonra olub. Yaxınları bildiriblər ki, ailənin heç vaxt problemləri olmayıb. Kənddə hamı onları sakit bir ailə kimi tanıyır. Müharibədə iştirakçısı olubdur. Müharibə iştirakçısıdır. Ağır travma alıbdır. Baş beyin travması zədəlidir. Dəfələrlə müalicə olunubdur. Hadisə də münaqişə, ailə münaqişəsi zəminində olubdur. Anası ilə belə demək olmaz ki, aralarında nəsə həmişə münaqişələri olub, yox. Amma müəyyən vaxtlar müalicəyə ehtiyacı olan müddətlərdə münaqişələr haqqında eşitmişik, olubdur belə hallar olubdur. Başı xarab olmuşdu. Elə başına deyirdi başı, nervləri pozulur. Müalicə elətdirdilər tez-tez. Müalicəni də qəbul eləmirdi. Deyirdi acığı tutur müalicə deyəndə. Heç nə bax belə də nervləri pozulmuşdu. Gündə dava, gündə dava deyil elə deyirdilər də. Qonşu-qonşa eşidilmiş da. Heç nə indi də belə. Səhər yuxudan durduq ki, belə bir hadisə baş verib. Dedik indi dalaşıb da, döyüb eləyibdir yəqin. Mən də öz-özümə deyirəm kişi əl gələ, deyirəm əlin yıxılmasına. Adam da ananı döyərmi? O gəldi ki, nə döymək? Qorbaq ölübdür, gəlini də palis aparıblar. 31 yaşlı Jalə Yolçuzadə yaxınlarının köməkliyi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan akademik Məmmədov adına xəstəxanaya hospitalizasiya olunub. Qadının vəziyyəti ilə bağlı təbib məlumat yayıb. 31 yanvar tarixində səhərə yaxın xəstəxanamıza ağır vəziyyətdə Goranboy rayon sakini qadın cinsli xəstə gətirilmişdir. Xəsarətləri başın, bədənin, döş qəfəsinin çoxsaylı kəsilmiş deşilmiş yaraları. Xəstəyə yardım göstərilib yaralar tikilmişdir. Hal-hazırda müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağırdır. Xatırladaq ki, hadisəni törətməkdə şübhəli bilinən 39 yaşlı Emin Vəliyevlə Jalə Yolçuzadənin evliliyindən iki azyaşlı oğlu var. Qətlə yetirilən 63 yaşlı Zoya Əhmədovanın bir qızı, bir oğlu olub. Qeyd edək ki, 1987-ci il təvəllüdlü Vəliyev Emin Xaləddin oğlu Vətən müharibəsi qazisi, üçüncü qrup əlildir. Onun son zamanlar psixoloji problemlərinin olduğu bildirilir. Məlumata görə Emin Vəliyev hadisə yerindən qaçdıqda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılıb. Qətlə yetirilən 63 yaşlı qadının meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Publik Hüquqi Şəxsin rayon şöbəsinə təhvil verilib. Meyit müayinə olunduqdan sonra yaxınlarına verilib. Faktla bağlı Goranboy rayon prokurorluğunda cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.