Gəncədə qəza baş verdi - RTV

Gəncədə yol nəqliyyat hadisəsi baş verib. Gəncə-Bakı yolunun çıxış hissəsində 1994-cü il təvəllüdlü Mehman Hüseynovun idarə etdiyi Toyota Aqua markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı beton arakəsməyə çırpılıb.

Qəza zamanı 4 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdiriliblər. Qəzaya düşən minik avtomobilinin Gəncə-Bakı taksisi olduğu bildirilir.

Hadisə yerinə dövlət yol polisi əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.