Generala yüksək vəzifə verildi - RTV

Dövlət Sərhəd Xidmətində daha bir general yüksək vəzifə verilib. RTV Qafqazın məlumatına əsasən, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, general-mayor Aqil Babayev Dövlət Sərhəd Xidmətinin aparatında baş idarə rəisi təyin edilib.

Qeyd edək ki, Babayev əvvəllər Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi, daha sonra Sərhəd Qoşunları Komandanlığının qərargah rəisi işləyib. O, igidliyə görə və Vətən uğrunda medalları ilə təltif edilib.