Goranboyda DƏHŞƏT: Oğul anasını qətlə yetirdi, həyat yoldaşını yaraladı - RTV

Goranboy rayonunda ağır cinayət hadisəsi baş verib. Hadisə rayonun Faxralı kəndində qeydə alınıb. Belə ki, kənd sakinləri 1995-ci il təvəllüdlü Yolçuzadə və onun qayınanası 1963-cü il təvəllüdlü Əhmədova yaşadıqları evdə bıçaqlanıblar. Yolçuzadə müxtəlif bıçaq xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Əhmədovanın isə hadisə yerində öldüyü müəyyən edilib. Məlumata əsasən hadisəni qadının oğlu 1987-ci il təvəllüdlü Vəliyev törədib. Hadisəni törətmədə şübhəli bilinən şəxsin psixoloji problemlərinin olduğu bildirilir. Məlumata əsasən onun iki azyaşlı övladı var. Emin Vəliyev hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılıb. Faktla bağlı araşdırma aparılır.