Hacıqabulda ağır qəza -Maşın qaçıran yeniyetmə xəstəxanalıq oldu - RTV

Hacıqabulda 15 yaşlı oğlan anasının avtomobilini icazəsiz idarə edərkən qəza törədib.

Hadisə səhər saatlarında baş verib. 2010-cu il təvəllüdlü yeniyetmə şəxs anasına məxsus "Çanqam" markalı avtomobili icazəsiz idarə edərkən şəhər ərazisində hasara çırpılıb və qəza törədib.

Nəticədə xəsarət alan yeniyetmə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.