Hansı qidanı, hansı dərmanı, hansı telefonu alaq? - Əyyub Hüseynli - İlham Tumasın qonağı

Rekord TV-nin efirində “İlham Tumasın qonağı” verilişində Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qonaq olub. Verilişdə son vaxtlar Azərbaycanda ürək-damar xəstəliklərinin artmasının səbəbləri, infarkt hallarının artması müzakirə olunub. Eyyub Hüseynov qeyd edib ki, ictimai rəydə olan fikir ən gözəl ekspertizadır. İctimai rəydə bir şey varsa, deməli o həqiqət orada öz əksini tapıbdır. Həm də ictimai rəydə və insanların, həkimlər arasında bir fikir də var ki, böyük Pokratın postulatı “Biz nə yeyiriksə, oyuq”. Əgər bunu biz həqiqət kimi götürsək, bir işçi postulat kimi götürsək, doğrudan da belədir, qidaların burada rolu var.

Eyyub Hüseynov qeyd edib ki, bir çox dünya ölkələrinin alimləri, o cümlədən Azərbaycanda olan məşhur doktorlar, Milli Məclisin üzvləri dəfələrlə təkrar edirlər, ölümün cavanlaşması, ürək-damar xəstəliklərinin çox yüksək səviyyədə olması və bütün bu yediyimiz nədir sualının cavabı və insanların bu xəstəlik vəziyyəti özünü göstərir çoxsaylı aptek şəbəkəsində. Mənim gördüyüm çoxsaylı ölkələr arasında Azərbaycanda olan apteklər bir 20 dəfə çoxdur. Məsələn, Atatürk prospektində bir doqquzmərtəbənin altında səkkiz aptek var.

Eyyub Hüseynov sonda qeyd edib ki, dərmanların təsirsizliyi məsələsi var. Məsələn, demək olar ki, dünyanın əksər ölkələrində dərmanların yan təsirləri öyrənilir, Azərbaycanda öyrənilirmi? Mən bilən tibblə məşğul olan adamların bu çox böyük bir dünya üçün əhəmiyyətli bir tədqiqat olardı. Hələ burada onu da demək istəyirəm, dərmanların təsirsizliyi məsələsi var, bu da var. Məsələn, demək olar ki, dünyanın əksər ölkələrində dərmanların yan təsirləri öyrənilir, Azərbaycanda öyrənilirmi?