Dünən gecə saatlarında Yasamal rayonunda məktəbli yaşadığı evdə qəfil vəfat edib. Belə ki, 10 yaşlı Elcan Məmmədov səhhətinin anidən pisləşməsi səbəbi ilə dünyasını dəyişib.
211 saylı orta məktəbin dördüncü sinif şagirdi olan Elcanın son günlər qripə yoluxduğu bildirilib. Əmisi Ədalət Məmmədovun sözlərinə görə, 10 gün bundan qabaq poliklinikaya aparmışdılar. Həkimlər orada balnitsaya yatırılmağı təklif ediblər. Yoxlanışdan sonra evdə müalicə oluna biləcəyi deyilib. Gecə saat 3-də durub su içib, iki-üç dəqiqə sonra keçinib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, ötən gün saat 06:38 radələrində mərkəzə Bakının Yasamal rayonundan çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə nəticəsində 2016-cı il təvəllüdlü azyaşlının həkimə qədər ölüm faktı qeydə alınıb. Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.