İcra başçısının müavini ərinin paylaşdığı videoya görə ərizə yazdı - RTV

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Ala Alıyevin ictimai-siyasi, humanitar sahə üzrə müavini Gülbahar Eyvazova həyat yoldaşının TikTok sosial şəbəkə platformasında qeyri-etik ifadələr işlətməsi ilə gündəmə gəlib. RTv Qafqaz Info-ya istinadən xəbər verir ki, eyni zamanda İcra Hakimiyyətində sürücü işlədiyi deyilən müavinin həyat yoldaşı Habil Eyvazov içkili halda canlı yayım açaraq dinə, namaza istehzalı münasibət sərgiləyib, həmçinin söyüşlərdən istifadə edib. Onun bu hərəkəti müzakirələrə səbəb olub və sərt tənqid edilib. Məsələ ilə bağlı Füzuli rayon İcra Hakimiyyətindən məsələyə reaksiya verilib. Sürücü vəzifəsində işləyən Habil Eyvazov uzun müddətdir bizdə çalışmır. Bu gün isə Gülbahar Eyvazova işdən ayrılmaq üçün ərizə yazıb. Onun müraciətinə baxılacaq. Qeyd edək ki, bu barədə ilk məlumatı Demokrat.az saytı yayıb.