İlham Əliyev açılışda iştirak etdi - RTV

Prezident İlham Əliyev martın 25-də Azərenerji Açıq Səhmdar Cəmiyyətinin Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib.

Azərenerji Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Baba Rzayev dövlət başçısına Abşeron Batareya Enerji Saxlanc Mərkəzi barədə məlumat verib. Bildirilib ki, Abşeron Batareya Enerji Saxlanc Mərkəzində bu sistemləri idarə etmək üçün xüsusi mərkəz yaradılıb. Ərazidə müasir idarəetmə binası tikilib, geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.

Dövlət başçısına bərpa olunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyası və enerji sisteminin rəqəmsal transformasiyası haqqında da məlumat verilib. Prezident İlham Əliyev Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışını bildirən düyməni basıb.