Bakı, Azərbaycan - İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə illik toplantılarının açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.
Açılış mərasimində ilk olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra Quran-Kərimdən ayələr oxunub.
Tədbirdə İslam İnkişaf Bankı Qrupu haqqında videoçarx nümayiş olunub.
Azərbaycan Prezidenti İlham Əliyev açılış nitqi ilə çıxış edib.
Açılış mərasimindən sonra iştirakçılar birgə foto çəkdiriblər.