Aprelin 27-də Qəbələdə Çex Respublikasının Baş Naziri Andre Babışın rəsmi qarşılama mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev Çex Respublikasının Baş Naziri Andre Babışı qarşılayıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Çexiyanın Baş Nazirinin şərəfinə Fəxri Qarovul Dəstəsi düzülüb. Fəxri Qarovul Dəstəsinin rəisi Çexiyanın Baş Naziri Andre Babışa raport verib. Çex Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.
Fəxri Qarovul Dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiyanın Baş Naziri Andre Babışın qarşısından keçib. Azərbaycan nümayəndə heyətinin üzvləri Baş Nazir Andre Babışa, Çex nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub. Sonra rəsmi foto çəkdirilib.