İmişlidə iki avtomobil toqquşdu – Xəsarət alanlar var - RTV

İmişli rayonunda iki avtomobil toqquşub. Hadisə rayonun Qaralar kəndi ərazisindən keçən avtomobil yolunda baş verib. İmişli şəhər sakini, 1986-cı il təvəllüdlü Cavad Bəxtiyar oğlu Cavadzadənin idarə etdiyi Hyundai markalı avtomobillə İmişli rayonunun Xəlfəli kənd sakini, 1991-ci il təvəllüdlü Baba Əlioğlu Ağayevin idarə etdiyi VAZ 2106 markalı avtomobil toqquşub.

Qəza nəticəsində xəsarət alanlar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.