İntensiv yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq - RTV

Milli Hidrometeorologiya Xidməti hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Xidmətdən verilən məlumata görə, iyunun 4-ü, 6-sı tarixlərində Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Bildirilir ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti ilə əlaqədar olaraq çaylarda sulluğun artacağı, bəzi dağ çaylarından qısa müddətli daşqın və sel keçəcəyi ehtimal olunur.