İran İnqilab Keşikçiləri Korpusu Bəhreyn də dənizdə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin beşinci donanmasının qərargahına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini iddia edib.
İranın yaydığı bəyanatda bildirilir ki, hücum ABŞ-ın İranın Qəşm adasına endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib. Bəyanatda qeyd olunub ki, hadisələr ABŞ-ın gecə saatlarında Hörmüz boğazı yaxınlığında İran neft tankerini raket hücumu etməsi ilə başlayıb.
Bununla yanaşı, ABŞ və İranla əlaqəli Panama gəmisinin İran Hərbi Dəniz Qüvvələri tərəfindən raketlərlə hədəfə alındığı bildirilib. Məlumatına görə, daha sonra ABŞ ordusu Ədən körfəzinin cənubunda yerləşən rabitə qülləsinə hava zərbəsi endirib. Buna cavab olaraq İran qüvvələri regionda ABŞ hərbi obyektlərinə, o cümlədən Bəhreyn dəki beşinci donanmanın qərargahına raket və PUA hücumları həyata keçirib.