İran: Trampa qarşı sui-qəsd planı qurmamışıq - RTV

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekaya ABŞ-nin bir iranlının prezident Donald Trampa sui-qəsd hazırlaması ilə bağlı iddiasını rədd edib. Bekaya bununla bağlı sosial media hesabında paylaşım edib.

ABŞ dövlət katibi Marko Rubio konqresdə çıxışı zamanı bir İran agentinin Tramp da daxil olmaqla yüksək rütbəli Amerika siyasətçilərinə qarşı sui-qəsd təşkil etməkdə təqsirli bilindiyini söyləyib. Bekaya isə bu ittihamların həqiqət olmadığını bildirib.

İranla müharibə zamanı Minab və Lamerd şəhərlərində ABŞ-nin mülki şəxslərə qarşı hücumlarını xatırladan Bekaya, "Qurban rolunu oynamaq sizi İran xalqına qarşı törətdiyiniz dəhşətli müharibə cinayətləri və insanlığa qarşı cinayətlərdən azad etmir. Hər biri ittiham bir etirafdır," deyə qeyd edib.