Rekord TV-nin efirində "Siyasi Kod" verilişində aparıcı İlham Tumasın qonağı Cənubi Azərbaycandan olan şair, yazıçı Sayman Aruz olub. Verilişdə İranda baş verən hadisələr, oradakı soydaşlarımızla bağlı müzakirələr aparılıb. Sayman Aruz bildirib ki, İran inqilabı 79-cu ildə hakimiyyəti ələ keçirəndən sonra, bugünkü bildiyimiz teokratik fars molla hakimiyyəti hakimiyyətə gələndən həmən sonradan etirazlar var idi. Çünki oradakı xalq inqilabı teokratik hakimiyyətin rəhbərliyə gətirilməsi üçün deyildi, cümhuriyyət üçün idi.
Sayman Aruzun sözlərinə görə, son 100 ildə, xüsusilə Qacar Azərbaycan imperiyası Pəhləvilər tərəfindən dağıdıldıqdan sonra Səttarxan kimi, Bağırxan kimi, Xiyabani kimi, Şeyxülislam kimi, Pişəvəri kimi davamlı olaraq mövcud hakimiyyətə qarşı etirazlarımız olmuşdu. Sayman Aruz bildirib ki, son 100 ildə, xüsusilə Qacar Azərbaycan imperiyası Pəhləvilər tərəfindən dağıdıldıqdan sonra Səttarxan kimi, Bağırxan kimi, Xiyabani kimi, Şeyxülislam kimi, Pişəvəri kimi davamlı olaraq mövcud hakimiyyətə qarşı etirazlarımız olmuşdu. Qeyd edilib ki, 79-cu ildə baş verən xalq inqilabı da əslində sol Azərbaycan hərəkatı idi və onun kökü çox qədimə gedib çatırdı.
Sayman Aruz bildirib ki, İranda baş verən hadisələr elə bir son illərdə baş verənlərdən daha fərqlidir. Çünki o qədər informasiya axını var ki, həm xarici mənbələrdən, həm daxildən bizim ekspertlərimiz fikir bildirirlər. Sonda Sayman Aruz vurğulayıb ki, İranda baş verən etirazlar artıq kənardan deyil, İran daxilinin içindən idarə olunur. O, həmçinin qeyd edib ki, ədəbiyyat siyasətin bədii ifadə formasıdır.