İranda, Rusiyada, Ukraynada nələr olur, nələr olacaq? - SİYASİ KOD

Rekord TV-də "Siyasi Kod" verilişinin qonağı Sosial Tədqiqatlar Mərkəzinin məsləhətçisi, siyasi təhlilçi Aqşin Kərimov olub. Verilişdə 2025-ci ilin Amerika Birləşmiş Ştatlarının xarici güc strategiyası, Donald Tramp administrasiyasının irəli sürdüyü tələblər əsasında yenidən formalaşdırılması məsələlərinə toxunulub. Qeyd olunub ki, beynəlxalq düzən özünü buna uyğunlaşdırmağa çalışır.

Aqşin Kərimov bildirib ki, ABŞ dünyanın heç bir regionunda bütün münaqişələrin bitməsini istəmir, çünki münaqişə idarəetmə modelidir. Donald Trampın sülh obrazında brendləşməyə cəhd etdiyi, bəzi münaqişələrin həllində irəli sürdüyü prinsiplərin icrası baxımından müəyyən nailiyyətlər əldə etdiyi vurğulanıb. Həmçinin, Azərbaycan-Ermənistan münasibətləri kontekstində də ABŞ-ın rolunu vurğulamağa əsaslar yaradıldığı qeyd edilib.

Sonda qeyd olunub ki, ənənəvi münaqişələr və ritorikalar daha da kəskinləşib, bunun ən böyük hadisəsi isə İsrail-İran birbaşa hərbi eskalasiyası olub. İranla bağlı məsələdə İsrailin tutduğu mövqe bu zamana qədər daha çox Yaxın Şərqdəki müharibələr arası kampaniyaya əsaslanırdısa, bu dəfə artıq birbaşa eskalasiyanın sərhədlərini müəyyənləşdirdi. 2025-ci ildə İranla uzun müddətli müharibə aparmaq nə İsrailin, nə də ABŞ-ın marağındadır.