İyulun 8-nə olan hava proqnozu AÇIQLANDI - RTV

İyulun 8-də Azərbaycanda hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-22, gündüz 26-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 millimetr civə sütunu, nisbi rütubət isə gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.

Respublikanın rayonlarında da hava əsasən yağmursuz olacaq. Lakin bəzi yerlərdə, xüsusilə şimal və qərb rayonlarında qısa müddətli intensiv yağış yağması, şimşək çaxması, dolu düşməsi, gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə güclənəcək.