Kamran Əliyev generalı vəzifəsindən azad etdi - RTV

Respublika Hərbi Prokurorunun Birinci Müavini Vəzifəsindən Azad Edildi

Respublika Hərbi Prokurorunun birinci müavini, general-mayor Şəfaət İmranov tutduğu vəzifədən azad edilib.

RTV Lent.az-a istinadən xəbər verir ki, bununla bağlı baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Baş prokurorun digər əmri ilə o, Abşeron rayon prokuroru təyin edilib.